Xəzər Xəbər

Şəhid Fərman Yaqublu Beyləqanda dəfn olundu VİDEO

Veb TV | 18:46 • 24 İyul 2021
Şəhid Fərman Yaqublu Beyləqanda dəfn olundu

Ötən gün Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutması nəticəsində şəhid olmuş hərbi qulluqçumuzla vida mərasimi keçirilib. Fərman Yaqublu Beyləqan rayonunda torpağa tapşırılıb. Vida mərasimində izdiham yaşanıb

Əllərində bayraq olan hər kəs yolların kənarına düzülüb. Şəhid qəhrəmanımızı qarşılamaq üçün izdiham yaşanıb. 

Atası kimi o da vətən torpağının bütövlüyü uğrunda uca məqama, şəhidlik zirvəsinə yüksəlib.

Söhbət ötən gün Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutması nəticəsində şəhid olmuş hərbi qulluqçumuz, gizir Fərman Yaqubludan gedir. Bugün Qəhrəman şəhidimizlə Beyləqan rayonunda vida mərasimi təşkil olunub.

Dəfndən əvvəl şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.

Üçrəngli şanlı bayrağımız şəhidin əmisi Elman Yaqubluya təqdim olunub.

Şəhid Fərman Yaqublu rayonun Qəhrəmanlı qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Fərman Yaqublu 1993-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Vətən müharibəsində iştirak etmiş Fərman Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşdu. O, subay idi və ailənin tək oğul övladı olub, 2 bacısı var. Xatırladaq ki, Fərman Yaqublunun atası da 1994-cü ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.

Xəbər lenti