Xəzər Xəbər

Naxçıvanı Azərbaycanla birləşdirəcək yol nə vaxt hazır olacaq? - Saleh Məmmədov "XəzərXəbər"ə açıqladı VİDEO

Veb TV | 1,109 | 19:43 • 24 İyul 2021
Naxçıvanı Azərbaycanla birləşdirəcək yol nə vaxt hazır olacaq? - Saleh Məmmədov "XəzərXəbər"ə açıqladı

Zəngilanı Naxçıvanla birləşdirəcək yol yaxın 2-3 il ərzində təhvil veriləcək. Hazırad orada işlər sürətlə davam etdirilir. Bunu "XəzərXəbər"ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib. Agentlik sədri Şuşaya çəkilən "zəfər yolu"ndan da danışaraq qeyd edib ki, orada işlər yekunlaşmaq üzrədir. Saleh Məmmədov digər yollarda aparılan tikinti işlərindən də danışıb.

Zəngəzur dəhlizi yolunun tikintisi sürətlə gedir.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib. O bildirib ki, Zəngilanı Naxçıvanla birləşdirəcək bu yolun yaxın 2-3 il ərzində təhvil verilməsi nəzərdə tutulub. 

Şuşaya çəkilən "Zəfər yolu"nda isə işlər yekunlaşmaq üzrədir. Uzunluğu 101,5 kilometr olan 2 zolaqlı yolun sentyabradək istifadəyə veriləcəyi gözlənir.

Gəncədən Gürcüstan sərhədinə qədər olan 131 kilometrlik yolun 2 hərəkət zolağından 4 hərəkət zolağına keçirilməsi ilə bağlı işlər də yekunlaşmaq üzrədir. Gələn il fevralın sonuna kimi yol təhvil veriləcək. Hazırda tikinti işlərinin aparıldığı yollardan biri də Ələt-Astara-İran magistralıdır.

Bakıdan Rusiya sərhədinə çəkilən avtomobil yolunun da gələn ilin sonunda təhvil verilməsi gözlənir. 

Xəbər lenti