Xəzər Xəbər

Bakıda DƏHŞƏTLİ qəza - Yük maşını 2 avtomobili əzib mağazaya GİRDİ VİDEO

Veb TV | 886 | 17:51 • 24 İyul 2021
Bakıda DƏHŞƏTLİ qəza - Yük maşını 2 avtomobili əzib mağazaya GİRDİ

Bu gün səhər saatlarında paytaxt Bakıda avtovağzal yaxınlığında yol qəzası baş verib. Belə ki, qum daşıyan yük avtomobili işıqforda dayanan minik avtomobilinə çırpılıb. Daha sonra hər iki nəqliyyat vasitəsi yaxınlıqdakı motosiklet mağazasına girib. Minik avtomobilinin sürücüsü ağır yaralanıb, mağaza sahibinə külli miqdarda ziyan dəyib. Biləsuvar rayonunda isə ölümlə nəticələnən yol  qəzası baş verib.

Yük maşını mağazaya girdi. Yük maşını əvvəlcə işıqforda gözləyən minik avtomobilini vurub. Sonra isə hər iki maşın yaxınlıqdakı obyektə girib.

Ərazidə yaşayan vətəndaşların sözlərinə görə, avtomobil yavaş sürətlə hərəkət edib. Lakin sürücünün əyləcində yaranan problem qəzaya səbəb olub. 

Motosikletlərin təmirini və satışını həyata keçirən mağaza sahibi bildirir ki, şənbə günü mağaza biraz gec saatda açılır. Həmin vaxt işçilərdən heç biri mağazada olmayıb. Lakin onların malına, mağazanı kirayə verən şəxsə külli miqdarda zərər dəyib. 

Yol Nəqliyyat hadisəsi üzrə inspektor Şəhriyar Həsənlinin sözlərinə görə, hadisə zamanı xəsarət alan olduğu üçün material toplanaraq Binəqədi rayon polis idarəsinin tədqiqat şöbəsinə göndəriləcək. 

Biləsuvar rayonunda isə ölümlə nəticələnən yol  qəzası baş verib. Hadisə  rayonun  Nəsimikənd kəndindi ərazisində  qeydə alınıb. Belə ki, Biləsuvar  rayon  sakini  Əliyev Bayram  Hazarxan oğlu   idarə  etdiyi minik avtomobili  ilə  hərəkətdə olarkən yolu  keçmək  istəyən  piyada  Ağayrı kənd sakini,  68 yaşlı  İxtiyar  Qurbanovu vurub.Yaralı  xəstəxanaya çatdırlarkən yolda  dünyasını dəyişib. 
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti