Xəzər Xəbər

Bakıda sexdə təkər partladı: iki nəfər ağır yaralandı VİDEO

Veb TV | 1,073 | 19:14 • 24 İyul 2021
Bakıda sexdə təkər partladı: iki nəfər ağır yaralandı

Ötən gün Bakıda təkər təmiri sexində bədbəxt hadisə baş verib. Usta yük avtomobilinin təkərini təmir edərkən qəfil partlayış olub. Partlayış o qədər möhkəm olub ki, diski yaxınlıqda olan kafedə bir müştərinin üstünə düşüb. Hadisədə iki nəfər ağır xəsarət alıb.  

Təyziq o qədər möhkəm olub ki, partlayan təkərin şini bir tərəfə, diski isə təxminən 20-30 metr havaya qalxaraq yolun əks tərəfində kafeyə düşüb.

Təkər təmiri edən usta gözlənilməz hadisə ilə üzləşib. İki nəfərin ağır xəsarət aldığı hadisə ötən gün Binəqədi rayonu ''Baksol-yolu'' adlanan ərazidə baş verib. Həmin anlar isə ətrafdakı obyektlərin təhlükəsizlik kamerasına düşüb. 

Kafedə ağır xəsarət alan Yusif Həsənov və usta Asif ətrafdakıların köməyi ilə təcili tibbi yardım avtomobilləri ilə xəstəxanalara aparılıblar. Yusif Həsənovun bacısı deyir ki, qardaşının vəziyyəti ağırdır.

Qadının ittihamlarına gəldikdə təkəri təmir edən usta Asif bildirdi ki, o özü də xəsarət alıb vəziyyəti ağırdır.

Obyektin sahibi İlqar Hüseynovla da əlaqə saxladıq. O, bildirdi ki, həmin obyekti Asifə icarə əsasında verib. Hadisənin baş verməsinə gəldikdə isə bundan ötən gün xəbər tutub. 

Qeyd edək ki, ötən gün hadisə yerinə rayon polis idarəsinin də əməkdaşları gəlib baxış keçiriblər. Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti