Xəzər Xəbər

Qəhrəman şəhidimiz Elcan Muradov VİDEO

Veb TV | 18:30 • 24 İyul 2021
Qəhrəman şəhidimiz Elcan Muradov

44 günlük vətən müharibəsinin qalibləri sırasına adını fərxlə yazdıran qəhrəmanlarımızından biri də 19 yaşlı şəhid Elcan Muradovdur. Gəncə sakini olan igidimiz 2-ci qarabağ savaşında düşmənə qan uddurub. Torpaqlarımızın azadlığına qanı ilə imza atanlardan olan Elcan Muradov ölümündən sonra bir neçə medalla təltif edilib.

Həqiqi hərbi xidmətə getdi, Vətən müharibəsi başlayan kimi döyüşə ilk atılanlardan oldu. Gözünü qırpmadan girdiyi savaşdan şəhid olaraq çıxdı Elcan Murdaov. Gəncə sakini olan qəhrəmanımız döyüşlərdə düşmənə aman verməyib. 

Elcan hələ müharibədən bir il əvvəl hərbi xidmətə gedəndə sanki qarşıda onu müqəddəs bir savaşın və şəhidlik zirvəsinin gözlədiyini bilirdi, elə buna görə də ailəsindən onu təmtəraqla yola salmalarını istəmişdi.

Elcan Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldı. Özündən geriyə isə elə özünün də dediyi kimi fəxr olunası, qəhrəmanlıqlarla dolu bir ad qoyub getdi. 

Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarına görə Elcan Muradov "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbər lenti