Xəzər Xəbər

Erməni terrorçulara hökm oxundu VİDEO

Veb TV | 21:57 • 23 İyul 2021
Erməni terrorçulara hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət silahlı birləşmənin daha 13 üzvünə hökm oxunub. Təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Ermənistan vətəndaşlarından ibarət silahlı birləşmənin daha bir qrupunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Ötən ilin 26-27 noyabr tarixlərində Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixinədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə və təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etməkdə, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və digər terror əməlləri törətməkdə ittiham olunan silahlı dəstənin 13 üzvünə hökm oxunub. 

Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlər elan edilib. Daha sonra prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış edərək təqsirləndirilən şəxslər barəsində olan Cinayət Məcəlləsinin "terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə" və "qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə" maddələrinin ittihamdan xaric edilməsini istəyib. Bununla belə, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə və mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə maddələri ilə cəzalandırılmaları istəyib. Dövlət ittihamçısı həmin maddələrlə təqsirləndirilən şəxslərin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmədə vəkillər müdafiə çıxışı ediblər və onlar müvəkkilləri barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Daha sonra prosesdə təqsirləndirilən şəxslərə son söz verilib. Onlar son sözlərində əməllərindən peşman olduqlarıni bildiriblər. Onlar çıxışlarında Azərbaycan Prezidentinə, Azərbaycan hökumətinə, Azərbaycanın məhkəmə sisteminə və proses iştirakçılarına təşəkkür ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib. QRAFİKA Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Hökmdə o da qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarını çəkib başa vurduqdan sonra Azərbaycan hüdudlarından çıxarılsın.

Xəbər lenti