Xəzər Xəbər

Bakıda BƏDBƏXT HADİSƏ - Binadan yıxılan 17 yaşlı oğlan xəstəxanada öldü VİDEO

Veb TV | 726 | 20:28 • 21 İyul 2021
Bakıda BƏDBƏXT HADİSƏ - Binadan yıxılan 17 yaşlı oğlan xəstəxanada öldü

Bakıda bədbəxt hadisə yaşanıb. 9-cu mərtəbədən yıxılan 17 yaşlı yeniyetmə dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. 

Patyaxtin Yasamal rayonu  Məhəmməd Xiyabani küçəsində  17 yaşlı yeniyetmə yaşadığı mənzilin eyvanından düşüb. 

2004-cü il təvəllüdlü Ağaverdi Ağaverdiyev 9-cu mərtəbədən yıxılıb.Hadisənin ehtiyatsızlıq üzdən baş verdiyi  və ya intihar olduğu hələ bilinmir.

Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Ağaverdi Ağaverdiyev yaxınlıqdakıların köməyi ilə düşdüyü yerdən götürülüb.17 yaşlı yeniyetmə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.O bu gün səhər saatlarında dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə, Ağaverdi Ağaverdiyev evlərinə yaxın ərazidə yerləşən avtoyuma məntəqəsində işləyib. Faktla bağlı araşdırma aparılır.

 

 

Xəbər lenti