Xəzər Xəbər

Qurbanlıq heyvanlar neçəyə satılır? VİDEO

Veb TV | 19:03 • 21 İyul 2021
Qurbanlıq heyvanlar neçəyə satılır?

Qurban bayramı ilə əlaqədar qurbanlıq heyvanların satışı davam edir. Paytaxt Bakıdakı satış və kəsim məntəqələrində sıxlıq yaşanmayıb. Qeyd edək ki, qurbanlıq heyvanlar əsasən yerli təsərrüfatlara məxsusdur. Bir hissəsi isə Dağıstandan gətirilib. Ümumilikdə ölkə ərazisində 88 ünvanda həmin heyvanların kəsimi və satışı məntəqələri fəaliyyət göstərir

Kimisi qurbanlıq heyvan almaq üçün baxır. Kimisi isə aldığı heyvanı kəsdirərək ətini götürür

Görüntülər paytaxt bakıda, qrubanlıq heyvanların kəsimi, satışı üçün nəzərdə tutulan məntəqələrdəndir. Qurban bayramının ikinci günündə bu məntəqələrdə elə də sıxlıq yaşanmasa da, alıcılara rast gəlinib.

Bəzi məntəqələrdə isə quzular daha baha qiymətə satılıb. Bu qiymətlərə qane olanlar da var, olmayanlar da.

Qurbanlıq heyvanların onlayn satışı da bu gün səhər saatlarına qədər davam edib. 

Qeyd edək ki, ölkə üzrə qurbanlıq heyvanların kəsimi və satışı üçün ümumilikdə 88 məntəqə ayrılıb.

Xəbər lenti