Xəzər Xəbər

"Təzəpir" məscidində bayram namazı qılındı VİDEO

Veb TV | 18:41 • 21 İyul 2021
"Təzəpir" məscidində bayram namazı qılındı

Ölkəmizdə bu gün də qurban bayramı namazı qılınıb. "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib.

İki gündür ölkənin dörd bir tərəfində məscidlərdə bayram namazı qılınır.

Bu gün paytaxda Təzəpir məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin imamlığı ilə qılınıb.
Namazda İranın ali lideri ayətullah Seyid əli Xaməneinin Azərbaycandakı nümayəndəsi və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak ediblər.

Namazdan sonra şəhidlərin ruhuna dualar oxunub. Daha sonra namaz qılanlar bir-birlərini təbrik ediblər.

Jurnalistlərə müsahibə verən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib ki, bu il Azərbaycan xalqı iki bayramı - həm Qurban bayramını, həm də qələbəni qeyd edir.

İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejad isə bildirib ki, Şuşada namaz qılmaq Allahdan arzusu idi və bu arzusuna çatıb.

Xatırladaq ki, iyulun 20-si və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

 

Xəbər lenti

Çox oxunanlar