Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Bakıda avtomobil dayanacağında yaşayış binaları tikilir - ətrafda yaşayan sakinlər narazıdır VİDEO

Veb TV | 19:45 • 24 İyun 2021
Bakıda avtomobil dayanacağında yaşayış binaları tikilir - ətrafda yaşayan sakinlər narazıdır

Bakıda çoxmərtəbəli yaşayış binalarının avtodayanacağında tikinti işi aparılır. Həmin binaların sakinləri isə tikintiyə narazılıq edirlər.  

Xezerxeber.az-ın məlumatına görə, Xətai rayonunda iki 9 mərtəbəli binanın sakinləri illərdir avtomobillərini saxladıqları ərazidə binanın tikintisinə narazılıq edirlər.

Sakinlər deyirlər ki, bir müddədir tikinti şirkətlərindən birinin əməkdaşları onların yaşadıqları, Gəncə prospekti 29/42 ünvanında avtomobil dayanacağında çoxmərtəbəli bina inşa etmək üçün ərazinin bir hissəsini taxta ilə hasıra alıblar. 

Sakinlər tikintini aparmaq istəyən ''Sultan-Y'' MMC-nin əməkdaşlarına tikintinin aparılması üçün bir neçə dəfə irad bildiriblər. Sakinlər iddia edirlər ki, həmin ərazidə MTK rəhbərliyi tikintini qanunsuz aparır.

Məsələ ilə bağlı ''Sultan-Y'' MMC-dən bildirdilər ki, sözügedən ərazidə bina inşa etmək üçün bütün rəsmi icazələri var. Həmin ərazidə 2 ədəd 16 mərtəbəli, iki bloklu binanın inşası üçün layihələri də mövcuddur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu ''Xəzər Xəbər''ə bildirdi ki, həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün MTK-ya Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14.06.2017-ci il tarixli 267 nömrəli sərəncamı ilə icazə verilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən də həmin ünvanda yaşayış binasının tikintisinə qeyd edilən sərəncamlar və aidiyyəti dövlət qurumlarının rəyləri əsasında icazə var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti