Xəzər Xəbər

Mingəçevirdə çoxmərtəbəli yaşayış binasının zirzəmisi su ilə dolub VİDEO

Veb TV | 19:56 • 24 İyun 2021
Mingəçevirdə çoxmərtəbəli yaşayış binasının zirzəmisi su ilə dolub

Mingəçevirdə çoxmərtəbəli yaşayış binasının zirzəmisi su ilə dolub, ətrafı üfunət bürüyüb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Mingəçevir şəhəri, Energetiklər qəsəbəsi, Naxçıvan küçəsi 36 ünvanından gedir.

Sakinlər yaşadıqları 9 mərtəbəli binanın zirzəmisinin günlərdir su içində olduğunu deyirlər.

Sakinlərin sözlərinə görə, bir neçə dəfə zirzəmidəki suyu özləri təmizləsələr də, sonradan yenə eyni vəziyyət yaranıb.

Məsələ  ilə bağlı Mingəçevir Sukanal İdarəsindən bildirilib ki, bir neçə gün əvvəl binanın isti su borusu partlayıb və qəza aradan qaldırılana qədər su zirzəmiyə axıb. Bundan başqa, kanalizasiya xətləri vətəndaşların atdığı müəyyən vasitələrlə dolduğundan çirkab sular da zirzəmiyə axıb. Qrunt suları zirzəmini qurutmağa imkan vermir. Amma buna baxmayaraq yaranmış problemi həll etmək üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti