Xəzər Xəbər

Ronaldo-Benzema dueti yenidən iş başında - Portuqaliya - Fransa matçında 4 qol

Veb TV | 09:23 • 24 İyun 2021
Ronaldo-Benzema dueti yenidən iş başında - Portuqaliya - Fransa matçında 4 qol

AVRO-2020-də qrup mərhələsi başa çatıb.

III tura F qrupunun iki matçı ilə yekun vurulub.

Son Avropa çempionatının finalında üz-üzə gələn Portuqaliya ilə Fransa Budapeştdə üz-üzə gəlib. Qarşılaşma uzun illər “Real”da hücum dueti təşkil edən Kriştiano Ronaldo ilə Kərim Benzemanın qol duelinə çevrilib. Hər iki futbolçu 2 dəfə fərqlənib. Portuqaliyalı hər iki topu penaltidən, fransalı birini 11 metrlik nöqtədən vurub. Bu heç-heçə Fransanı 1-ci, Portuqaliyanı ikinci edib.

Qeyd edək ki, 1/8 final mərhələsi iyunun 26-da start götürəcək.

23:00. Portuqaliya – Fransa – 2:2
Qollar: 
Kriştiano Ronaldo, 31 (pen.), 60 (pen.) – Kərim Benzema, 45+2 (pen.), 47
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Budapeşt. “Puşkaş Arena”

Avro-2020-nin F qrupunun 3-cü turunda keçirilən Portuqaliya - Fransa matçında (2:2) hazırlanmış videoicmalı təqdim edirik.
 
 
 

Xəbər lenti