Xəzər Xəbər

Mkrtçyan və Xosrovyanın məhkəməsi keçirilib VİDEO

Veb TV | 21:29 • 23 İyun 2021
Mkrtçyan və Xosrovyanın məhkəməsi keçirilib

Ayaq üstə dayanmaq mümkün olmayana qədər döyür, hətta dişlərimizi kəlbətinlə çıxarırdılar.

Xezerxeber.az-ın məlumatına görə, bunu birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni silahlılar-Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyanın bugünkü məhkəmə iclasında zərərçəkənlər deyiblər.

Yasamal Rayon Məhkəməsinin inzibati binasında hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə bir neçə zərərçəkən ifadə verib. Onlar bildiriblər ki, Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan həm İrəvan, həm də Şuşa həbsxanasında onlara müxtəlif işgəncələr veriblər.

Əsirlər tikinti işlərinə də cəlb ediliblər. Tikintidə istifadə edilən materiallar isə həmin vaxt işğalda olan Ağdam və Füzuli rayonlarından gətirilib. Bu rayonlardakı tikililər sökülərək materialları Qarabağın işğalda olan digər ərazilərinə və Ermənistana daşınıb.

İclasda Alyoşa Xosrovyan da ifadə verib və özünü qismən təqsirli bilib.

Proses iyunun 30-da davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti