Xəzər Xəbər

Nikol Paşinyanın bloku seçkilərdə məğlub olacaq - SORĞU VİDEO

Respondentlərin 48.8%-i Nikol Paşinyanın blokunun məğlub olacağını düşünür
Veb TV | 21:11 • 19 İyun 2021
Nikol Paşinyanın bloku seçkilərdə məğlub olacaq - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi “Siyasi gündəm ictimai rəydə” adlı sorğu keçirib.

Xezerxeber.az-ın məlumatına görə, sorğuda Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı da bənd olub.  

Azərbaycan vətəndaşları arasında aparılan sorğunun nəticələrinə əsəsən məlum olub ki, respondentlərin 48.8%-i Nikol Paşinyanın blokunun məğlub olacağını düşünür.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəylinin sözlərinə görə, respondentlərin yarısından çoxu 20 iyunda keçiriləcək növbədənkənar seçkilərdən sonra Ermənistanda ictimai-siyasi vəziyyət ilə yanaşı, əhalinin sosial vəziyyətinin də pisləşəcəyini düşünür. Müharibədən sonrakı siyasi proseslərdən gözləntilər əsasən 10 noyabr bəyanatının şərtlərinin əməl edilməsi ilə bağlıdır.

Bununla yanaşı, respondentlərin 37%-i erməni hərbi diversantlarının Bakıda məhkəmə prosesini mütəmadi qaydada izləyir. Onların daha çox hissəsi hesab edir ki, məhkəmə prosesi qarşıdakı dövrdə ərazilərimizə keçmək istəyən diversant və ya terrorçulara mesajdır.

Qeyd edək ki, sorğunun nəticələrinin əminlik intervalı 95, xəta dərəcəsi isə 4%-ə bərabərdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti