Xəzər Xəbər

Əlilliyin qiymətləndirilməsi qaydaları dəyişir - YENİ MEYARLAR VİDEO

"Əlilliyi olan şəxslərin hüquqları haqqında " qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq
Veb TV | 20:59 • 19 İyun 2021
Əlilliyin qiymətləndirilməsi qaydaları dəyişir - YENİ MEYARLAR

Bəzi meyarlar üzrə əlillik dərəcəsi ömürlük təyin olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, insan orqanizminin funksiyalarının sabit pozuntusunun ağırlıq dərəcəsindən asılı olaraq həmin şəxslərə əlillik müddət göstərilmədən təyin ediləcək.

Millət vəkili Soltan Məmmədov bildirib ki, qanunun icrası üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək sərəncamda 800-dən çox qiymətləndirmə meyarı nəzərdə tutulub. Bu da xəstəliklərin beynəlxalq təsnifatına əsaslanaraq müxtəlif xəstəliklər və onların dərəcələrinə uyğun olaraq əlilliyin qiymətləndirilməsinin daha düzgün, obyektiv müəyyən olunmasını təmin edəcək.

"Əlilliyi olan şəxslərin hüquqları haqqında " qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti