ABŞ-ın Nyu-York şəhərində, BMT baş qərargahı önündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən yerləşdirilmiş minaların xəritəsinin verilməməsinə etiraz olaraq sərgi keçirilib.
Xezerxeber.az xəbər verir ki, sərgidə Ermənistanın Azərbaycanın tarixi torpaqlarında terror siyasətini davam etdirdiyinə dair faktlar, minaya düşərək faciəvi şəkildə həyatlarını itirən hərbi və mülki şəxslərin fotoları əks olunub.
Sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan - Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
Sərgi ABŞ ictimaiyyətinin, BMT-də fəaliyyət göstərən media nümayəndələrinin və diplomatların diqqətini cəlb edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: