Xəzər Xəbər

Havanın temperaturu yüksəlir VİDEO

40 dərəcə isti olacaq
Veb TV | 20:09 • 19 İyun 2021
Havanın temperaturu yüksəlir

Havanın temperaturu 40 dərəcəyə qədər yüksələcək.

Xezerxeber.az-ın məlumatına görə, sabah ölkənin bəzi rayonlarında qızmar hava şəraiti proqnozlaşdırılır.

Bakıda isə temperatur nisbətən aşağı olacaq.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, havanın Bakı və Abşeron yarımadasında gecə saatlarında 23-25 dərəcə isti olacağı gözlənir. Gündüz isə temperatur 35 dərəcəyə qədər artacaq. Nisbi rütubət gecə 60-70 faiz, gündüz isə 40-45 faiz olacaq.

Bölgələrdə gecə 20-25, dağlarda isə 13-18 dərəcə isti olacaq. Gündüz isə temperatur 40 dərəcəyə qədər yüksələcək.

Gülşad Məmmədova onu da bildirib ki, dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulba çimərliklərində 22-23 dərəcə, Türkan, Hövsan və Sahil çimərliklərində isə 23-24 dərəcə isti olacaq.

Qeyd edək ki, bu hava şəraiti meteohəssas insanlar üçün əlverişli hesab olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti