Xəzər Xəbər

Fransa-Almaniya oyununda qəribə hadisə - Azarkeş xəstəxanalıq oldu VİDEO

Veb TV | 17:45 • 16 İyun 2021
Fransa-Almaniya oyununda qəribə hadisə - Azarkeş xəstəxanalıq oldu

İyunun 15-də futbol üzrə 16-cı Avropa çempionatının qrup mərhələsinin birinci turunda Almaniya və Fransa milli komandalarının oyunu zamanı hadisə yaşanıb.

Azarkeşlərdən biri stadiona paraşütlə düşüb. Bu zaman o, stadionda olan digər azarkeşə toxunub və onu yaralayıb.

Qeyd edək ki, dünən keçirilən oyunda Fransa yığması Almaniya millisinə Mats Hummelsin vurduğu avtoqol səbəbindən 1-0 hesabı ilə qalib gəlib.

F qrupunun digər qarşılaşmasında isə son Avropa çempionu Portuqaliya kollektivi Macarıstan yığmasını 3:0 hesabı ilə məğlub edib.  

Xəbər lenti