Xəzər Xəbər

Qax rayonunda ağır yol qəzası baş verib - 1 ölü, 7 yaralı var VİDEO

Veb TV | 10:36 • 16 İyun 2021
Qax rayonunda ağır yol qəzası baş verib - 1 ölü, 7 yaralı var

Qax rayonunda ağır yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə axşam saatlarında Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qaxın Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax istiqamətində hərəkət edən Ləkit kənd sakini, 2004-cü il təvəllüdlü Cəfərov Cəfər Şamil oğlunun idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vita" markalı mikroavtobusla toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində "Daewoo"nun sürücüsü C.Cəfərov ölüb, habelə daha 7 nəfər yaralanıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, sürücü də daxil olmaqla, "Daewoo"dakı sərnişinlərin üçü də məzundur.

"Daewoo" markalı minik avtomobilində olanlar Qax rayonu Ləkit kənd sakinləri bunlardır:

2004-cü il təvəllüdlü Arzu Allahverdi qızı Əliyeva,
2004-cü il təvəllüdlü Nabat Murad qızı Muradova,
2003-cü il təvəllüdlü Sərdar Mahmud oğlu Orucov.

Mikroavtobusda olan Balakən rayon sakinləri isə bunlardır:

1994-cü il təvəllüdlü Əliyə Babək qızı Əfəndiyeva,
1962-ci il təvəllüdlü Sevil Mahama qızı Musayeva,
1984-cü il təvəllüdlü İlkin Bayram oğlu Həsənov,
1973-cü il təvəllüdlü İdrət Kamal oğlu Həsənov.

Yaralıların vəziyyətlərinin ağır və orta-ağır olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti