Xəzər Xəbər

Füzuli rayonunun əkin sahələri suvarma suyu ilə təmin olunub VİDEO

Veb TV | 20:36 • 15 İyun 2021
Füzuli rayonunun əkin sahələri suvarma suyu ilə təmin olunub

Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarı su ilə tam  doludur. Anbarda yığılan su vasitəsilə rayonun müxtəlif kəndlərinin əkin sahələri suvarma suyu ilə təmin olunub.

Xezerxeber.az-ın məlumatına görə, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin əməkdaşı Qulu Kərimov bildirib ki, Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarından kortəbii  şəkildə istifadə olunub.

Qulu Kərimov bildirib ki,  rayon işğaldan azad olunandan sonra su anbarında təmir -bərpa işləri aparılıb. Aşağı Köndələnçay su  anbarında yığılan su vasitəsilə artıq rayonun əkin sahələri suvarma suyu ilə təmin olunub.

Eyni zamanda su anbarında ehtiyat su qalıb və yay aylarında istifadə olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

Xəbər lenti