Xəzər Xəbər

Oğuzda körpünü sel dağıdıb VİDEO

Veb TV | 21:38 • 15 İyun 2021
Oğuzda körpünü sel dağıdıb

Oğuzun Xaçmazqışlaq kəndindən keçən Nazar çayına gələn sel sakinlərin işini çətinləşdirib. Sel çayın üzərindəki kiçik körpünü dağıdıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə təxminən bir ay bundan əvvəl baş verib.

Sakinlərin sözlərinə görə, onlar dəfələrlə öz hesablarına suya boru qoyaraq keçid yaradıblar. Amma çayın bolsulu dövrlərində həmin boru da yararsız vəziyyətə düşüb.

Məsələ ilə bağlı kənd icra nümayəndəsinin müavini Teymur Atakişiyev bildirib ki, yaxın vaxtlarda dağılmış hissəyə diametri 1 metrdən çox olan 4 ədəd boru qoyulacaq və kəndin bir hissəsindən digər hissəsinə keçid üçün kiçik körpü yaradılacaq. Bununla da problem öz həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti