Bakı 29 ℃
Xəzər Xəbər
USD 1.7

Bakıda tarixi gün - Futbol həyəcanı başladı VİDEO

Veb TV | 21:17 • 12 İyun 2021
Bakıda tarixi gün - Futbol həyəcanı başladı

Futbol üzrə 16-cı Avropa Çempionatının final mərhələsi dünəndən etibarən start götürüb. Qitənin 11 şəhərində baş tutacaq oyunlardan biri də bu gün Bakıda keçirilib. Paytaxtımız tarixində ilk dəfə qitə çempionatının oyunlarına ev sahibliyi edir. Oyunu izləmək istəyən həm yerli, həm də xarici azarkeşlər üçün səhər saatlarından etibarən ekspres marşrutlar xəttə buraxılıb. 

Bu gün uzun müddətdən sonra paytaxt Bakı ilk dəfə auditoriyanın da iştirak etdiyi AVRO-2020-ə ev sahibliyi edib.

İlk matç Uelslə-İsveçrə arasında baş tutub. Oyunu izləmək və bu həyəcanı qaçırmamaq üçün ölkəmizə çox sayda turist gəlib. İstər yerli, istərsə də xarici azarkeşlərin Bakı Olimpiya Stadionunda keçirilən oyuna vaxtında və rahat çatmaları üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən ekspres marşrutlar xəttə buraxılıb. Daşımalar bu gün səhər saatlarından start götürüb.

Ekspress xəttlər 4 istiqamət üzrə fəaliyyətə başlayıb. Yerli azarkeşlər "X-1" və "X-2", xarici azarkeşlər isə "P21" və "P22" marşrut xətləri üzrə Bakı Olimpiya Stadionuna daşınıb. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev əlavə edib ki, oyun bitdikdən sonra sonuncu azarkeş ünvana çatdırılana qədər daşımalar davam etdiriləcək və lazım gələrsə, xəttə yeni avtobuslar da cəlb olunacaq.

Oyunla əlaqədar olaraq Bakı Metropoliteni də hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək.

Qeyd edək ki, oyunla əlaqədar olaraq Bakının Ziya Bünyadov prospektindən 9-cu köndələn küçəsi ilə Xəlil Rza Ulutürk küçəsi istiqamətində və Ziya Bünyadov prospektindən Xəlil Rza Ulutürk küçəsi ilə Böyükşor bulvarı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Xəbər lenti

Çox oxunanlar