Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

İsmayıllıda ağaclar kütləvi şəkildə kəsildi – Nazirlik işə qarışdı VİDEO

Veb TV | 21:28 • 12 İyun 2021
İsmayıllıda ağaclar kütləvi şəkildə kəsildi – Nazirlik işə qarışdı

İsmayıllı rayonundakı meşələrdən birində ekoloji terror törədilib. Ərazidə çoxillik irigövdəli ağaclar kəsilib. 35-ə yaxın ağacdan geriyə sadəcə kəsilmiş budaqları və kötükləri qalıb. Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanıb.

İrigövdəli ağaclardan əsər-əlamət qalmayıb. Çoxillik ağaclar dibindən kəsilərək məhv edilib.

Bura İsmayıllı rayonunun Gərsələ kəndinin meşə ərazisidir. Ərazidə sanki ekoloji terror törədilib.

Hətta gövdəsinin diametri 1 metrə çatan ağaclar belə dibindən kəsilib... Doğranan ağacların qol-budaqları meşədə saxlanaraq gövdə hissələri daşınaraq aparılıb.

İsmayıllı rayon sakini Vaqif Hacıyev deyir ki, ağaclar bir neçə gündür kəsilib.

Sözügedən ərazidə irigövdəli fıstıq, vələs və qovaq ağaclarının kəsildiyi müəyyən edilib. Ərazidə 30-35 ağacın yalnız kökləri qalıb, onların da üzərləri yarpaqla örtülüb.

Məsələ ilə bağlı sakinin aidiyyəti orqanlara müraciətindən sonra əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən baxış keçirilib. Hazırda meşənin kim və ya kimlər tərəfindən bu hala salınması istiqamətində araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar