Xəzər Xəbər

Təhlükəli yükləri daşıyan maşınların texniki müayinəsi necə aparılır? VİDEO

Veb TV | 20:44 • 11 İyun 2021
Təhlükəli yükləri daşıyan maşınların texniki müayinəsi necə aparılır?

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən sənaye obyektlərində yeni texnologiyaların tətbiqi zamanı nəzarət fəaliyyətinin səmərəliliyinin artırılması, təhlükə törədə biləcək halların qabaqcadan proqnozlaşdırılması, profilaktik tədbirlərin görülməsi istiqamətində ardıcıl işlər görülür.

Xezerxeber.az xəbər verir ki, bu istiqamətdə görülən işlərlə tanış olmaq, həmçinin yeni texnologiyaların iş fəaliyyətinin əyani nümayişi üçün elmi-tədqiqat institutuna və institutun xidmətedici istehsalat sahəsinə media nümayəndələri ilə birgə baxış keçirilib.

Elmi-Tədqiqat İnstitutunun direktoru Natiq Seyidəhmədov mətbuat nümayəndələrinə institutun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, institutun fəaliyyətində əsas məqsəd dağ-mədən sənayesində təhlükəsizliyin təmin olunması və təhlükəsizliyə dair məlumatları toplayaraq onları analiz etməkdən ibarətdir.

Bundan sonra jurnalistlər Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Xidmətedici İstehsalat Sahəsində olub, burada görülən işlərlə əyani tanış olublar.

Burada təhlükəli yüklərin daşınması zamanı təhlükəsizliyin təmin olunması üçün texniki müayinə, yuma deqazasiya və digər istiqamətlərdə görülən işlərə kompleks nəzarətin hansı formada həyata keçirilməsi barədə məlumat verilib.

Jurnalistlər texniki müayinə və yuma işlərinin aparılması qaydasını müşahidə ediblər.

Sonda agentliyin və institutun fəaliyyətinə dair film nümayiş olunub və jurnalistlərin sualları cavablandırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti