Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Sumqayıtda reyd keçirilib VİDEO

Veb TV | 55 | 17:10 • 11 İyun 2021
Sumqayıtda reyd keçirilib

Sumqayıtda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülərə qarşı yol polisi profilaktik tədbir keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, dövlət tərəfindən koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində aparılan məqsədyönlü tədbirlər nəticəsində son dövrlər yoluxanların sayının kəskin aşağı düşməsi müşahidə olunmaqdadır. Bütün bu hallar nəzərə alınaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələb ləğv olunub. Lakin, bu o demək deyil ki, qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməmək olar. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, xüsusən, avtobuslarda tibbi maskalardan istifadənin zəruriliyinə bəzi şəxslər tərəfindən riayət edilmir. Bütün bunlar nəzərə alınaraq polis əməkdaşları tərəfindən qapalı məkanlar və ictimai nəqliyyatda nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Növbəti belə tədbir bu gün Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də, ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
"Bir daha vətəndaşlardan tələb olunur ki, Nazirlər Kabinetinin müvafiq qərarına əməl edərək şəhərlərarası və şəhərdaxili sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan fərdi qoruyucu maskalardan mütləq şəkildə istifadə etsinlər. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında əldə olunan müsbət dinamikanın qorunub-saxlanılması hər birimizin öz əlindədir".

Rubrikanın digər xəbərləri

Laçın rayonunun Əhmədli kəndi
Laçın rayonunun Əhmədli kəndi VİDEO
25 | 16:56 • 13 İyun 2021
Aleksandr Ata ilə vida mərasimi keçirilir
Aleksandr Ata ilə vida mərasimi keçirilir VİDEO
55 | 11:50 • 13 İyun 2021
Cəbrayıl rayonundan yeni görüntülər
Cəbrayıl rayonundan yeni görüntülər VİDEO
48 | 11:08 • 13 İyun 2021
Bakıda tarixi gün - Futbol həyəcanı başladı
Bakıda tarixi gün - Futbol həyəcanı başladı VİDEO
88 | 21:17 • 12 İyun 2021
Türkiyə millisi Bakıda: Evinizə xoş gəldiniz
Türkiyə millisi Bakıda: Evinizə xoş gəldiniz VİDEO
75 | 20:42 • 12 İyun 2021
Nazirlikdən yeni layihə -"Himayədar ailə"
Nazirlikdən yeni layihə -"Himayədar ailə" VİDEO
58 | 20:11 • 12 İyun 2021

Xəbər lenti

Kür çayında iki nəfər batıb
26 | 18:15 • 13 İyun 2021

Çox oxunanlar