Xəzər Xəbər

Xalq artisti Ramiz Əzizbəyli dəfn olunub VİDEO

Veb TV | 21:49 • 10 İyun 2021
Xalq artisti Ramiz Əzizbəyli dəfn olunub

Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli dəfn olunub.

Xezerxeber.az xəbər verir ki, iyunun 9-da, 73 yaşında dünyasını dəyişən Ramiz Əzizbəyli bu gün Bakının "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. 

Qeyd edək ki, Ramiz Əzizbəylinin 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda rejissor debütünə görə mükafata layiq görülüb. Onun 1991-ci ildə çəkdiyi "Bəxt üzüyü" tammetrajlı bədii filmi kino tariximizdə ən baxımlı ekran əsərlərindən biridir. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissorun "Yalan" bədii filmi (2006) Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.

Ramiz Əzizbəyli Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə 2000-ci ildə respublikanın Əməkdar artisti, 2008-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti