Xəzər Xəbər

Məscidlər, iri ticarət mərkəzləri və idman zalları açıldı VİDEO

Veb TV | 21:37 • 10 İyun 2021
Məscidlər, iri ticarət mərkəzləri və idman zalları açıldı

Bir ildən çoxdur din əhlinin üzünə bağlı qalan məscidlər axır ki, bu gün açıldı.

Xezerxeber.az-ın məlumatına görə, evdə deyil, toplu şəkildə ibadət etmək istəyən şəxslər bundan sonra məscid və digər ibadət yerlərinə gələndə mütləq COVID-19 pasportunu təqdim etməli, tibbi maska taxmalı, sosial məsafə qorunmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməli və azyaşlı uşaqlar ibadət yerlərinə gətirilməmələridir.

Eyni zamanda ibadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı gəlməli və namaz bitdikdən sonra məscidi tərk etməlidirlər. Cümə namazı da yenə məhdud sayda şəxslərin iştirakı ilə qılınacaq.

Cümə namazından sonra isə məscid dezinfeksiya olunacaq və insanlar  növbəli şəkildə 50 nəfərlik camaat namazı qıla biləcəklər.

Qeyd edək ki, məscidlər sübh namazından etibarən axşam saat 10-dək açıq olacaq.

Bu gündən etibarən həm də iri ticarət mərkəzləri, "Mall"lar  və idman zalları da fəaliyyətə başlayıb.

Paytaxda yerləşən iri ticarət mərkəzlərindən birində olduğumuz zaman müşahidə etdik ki, alış-veriş məqsədi ilə bura gələn vətəndaşların əvvəlcə xüsusi cihaz vasitəsi ilə temperaturu ölçülür, vətəndaşlar tibbi maskadan istifadə etdikdən sonra isə onların ticarət mərkəzinə daxil olmasına icazə verilir. Pandemiyadan əvvəl izdiham yaşanan ticarət mərkəzində ilk gün olmasına baxmayaraq nədənsə alış-verişə gələnlərin sayı az idi.

İdman zallarına gələn şəxslər isə giriş hissədə onların COVID-19-a qarşı peyvənd və immunitet sertifikatı olub-olmaması yoxlanılır. Bu sənədləri təqdim etməyən şəxslərin idman zalına girişinə icazə verilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti