Xəzər Xəbər

Güclü yağış Goranboy və Gəncədə fəsadlar törədib VİDEO

Veb TV | 19:54 • 10 İyun 2021
Güclü yağış Goranboy və Gəncədə fəsadlar törədib

Ötən gün Goranboya yağan güclü yağış bir sıra fəsadlar yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, yağışdan sonra yaranan sel xüsusilə Goran qəsəbəsinə ciddi ziyan vurub. Əksər mənzillərə və həyətlərə su dolub. 

Qəsəbədə fəaliyyət göstərən bir neçə ictimai-iaşə obyekti və avtomobil təmiri sexi də zərər görüb.

Bundan əlavə Bakı-Qazax avtomagistralının üzərində yerləşən körpünün ətrafını su basdığından avtomobillərin hərəkəti olduqca çətinləşib. Rayon rəhbərliyi selin vurduğu ziyanın aradan qaldırılması üçün adiyyəti qurumlara göstəriş verib.

Güclü yağış Gəncədə də selə səbəb olub. Şəhərin bir neçə küçəsində avtomobillərin hərəkətində, həmçinin inasanların gediş-gəlişində çətinliklər yaranıb. Xüsusilə Məhsəti qəsəbəsində onlarla həyəti su basıb. Sakinlərə ciddi ziyan dəyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti