Xəzər Xəbər

Şəhid Şamo Məhərrəmov Vətən müharibəsində böyük şücaət göstərib - Cəsur döyüşcü 3 medalla təltif edilib VİDEO

Veb TV | 20:20 • 10 İyun 2021
Şəhid Şamo Məhərrəmov Vətən müharibəsində böyük şücaət göstərib - Cəsur döyüşcü 3 medalla təltif edilib

İşğaldakı torpaqlarımızın azad olunmasında onun da payı var. O da vətənin azadlığı uğrunda canını fəda etdi...

Söhbət Qax rayon sakini Şamo Məhərrəmovdan gedir.

Xezerxeber.az-ın məlumatına görə, 1997-ci ildə rayonun Ləkit kəndində anadan olan Şamo orta məktəbi bitirdikdən sonra, 2015-ci ildə hərbi xidmətə gedib. Şamo 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb. Atası Mətləb Məhərrəmov birinci Qarabag döyüşlərinin iştirakcısı olub. O, 1993-cü ildə Ağdam ətrafında gedən döyüşlərdə yaralanıb.

Şamo Məhərəmov  müxtəlif istiqamətlərdə gedən döyüşlərdə böyük şücaət göstərib. O, ötən il noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb. Qəhrəman şəhidimiz noyabrın 17-də torpağa tapşırılıb.

Şamo Məhərrəmov ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Cəsur Döyüşcü" və "Vətən Uğrunda" medaları ilə təltif olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti