Xəzər Xəbər

Bakıda sudan qanunsuz istifadə halları aşkarlanıb VİDEO

Veb TV | 20:09 • 10 İyun 2021
Bakıda sudan qanunsuz istifadə halları aşkarlanıb

Bakıda 3 çoxmənzilli yaşayış binasında sudan qanunsuz istifadə halları aşkarlanıb. Şəbəkəyə qoşulan əlavə xətlər hesabına minlərlə kubmetr su hər gün israf olub.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsindən gedir.

Məlum olub ki, yeni tikilmiş yaşayış binalarının heç birinin su təchizatı xidmətindən istifadəyə görə texniki şərti yoxdur. Binaların su təchizatı yaxınlıqdakı şəbəkəyə edilmiş qanunsuz qoşulma ilə aparılıb. Beləliklə, şəbəkədən götürülən su binaların qarşısında quraşdırılmış çənlərə doldurulub, buradan məzillərə vurulub.

Cavadxan küçəsi, "Pitomnik bağı" kimi tanınan ərazidə isə bağın sayğacdankənar çəkilmiş su xətti vasitəsi ilə sulandığı aşkarlanıb. Binəqədi rayonunda ən çox su itkisi Dərnəgül qəsəbəsindəki məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yaranır. Su itkilərini ölçmək üçün bu yataqxanaların hər birinə balans sayğacları quraşdırılıb.

Aşkarlanan faktlarla bağlı zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq ödənişə yönləndirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti