Xəzər Xəbər

Atasını öldürüb polisə təslim oldu - Qubada dəhşətli qətl VİDEO

Veb TV | 19:43 • 10 İyun 2021
Atasını öldürüb polisə təslim oldu - Qubada dəhşətli qətl

Qubada gənc oğlan atasını qətlə yetirib.

Xezerxeber.az-ın məlumatına görə, dəhşətli hadisə Qubanın Sofikənd kəndində baş verib.

Məlumata görə, 25 yaşlı Rəvan Ramazanov və atası Sadıq Ramazanov həyətdə ata nal vururmuşlar. Bu zaman onlar arasında mübahisə düşüb. Daha sonra oğul atasını balta ilə vuraraq öldürüb. 

Atasının öldüyünü görən Rəvan Ramazanov polis şöbəsinə gedərək təslim olub.

Quba rayon prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, Rəvan Ramazanov aralarında yaranmış mübahisə zamanı balta ilə atasının sinə və baş nahiyəsinə xəsarətlər yetirərək qəsdən öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar