Xəzər Xəbər

Gəncədə 17 yaşlı qız intihar edib VİDEO

Veb TV | 19:35 • 10 İyun 2021
Gəncədə 17 yaşlı qız intihar edib

Orta məktəbi bitirdi, buraxılış imtahanlarında yığdığı balı yetərli saymadı, yaşadığı doqquzmərtəbəli binanın 7-ci mərtəbəsindəki evin pəncərəsindən özünü yerə atdı...

Xezerxeber.az-ın məlumatına görə, hadisə Gəncənin Yeni Gəncə qəsəbəsi, bina 45B ünvanında qeydə alınıb.

17 yaşlı Şəms Hüseynova dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq bir neçə saat sonra o, dünyasını dəyişib.

Abituriyent buraxılış imtahanında 175 bal yığıbmış və göstərici əslində qənaətbəxş hesab edilə bilər. Buna baxmayaraq ehtimallar daha çox onun intihar cəhdinin məhz bu zəmində baş verdiyini göstərir.

Qonşuların sözlərinə görə, Şəms Gəncə şəhər 4 nömərli məktəbin şagirdi imiş və universitetə qəbul olmaq üçün fərdi hazırlıqlara gedirmiş. Məlumata görə, buraxılış imtahanının nəticəsi ilə bağlı ailədə heç bir gərginlik olmayıb. Buna görə də yeniyetmənin atdığı addıma onun daxili narahatlılğının səbəb olduğu güman edilir.

Bu hadisə abituriyentlərin imtahan mərhələsinə psixoloji hazırlığı məsələsinin, məktəb psixoloqlarının işinə diqqətin artırılmasının əhəmiyyətini bir daha gündəmə gətirir. Baş vermiş hadisənin təfərrüatlarının aydınlaşdırılması məqsədilə Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti