Xəzər Xəbər

Ağdamın Çıraqlı kəndinin elektrik şəbəkəsi yenidən qurulub VİDEO

Veb TV | 14:21 • 17 May 2021
Ağdamın Çıraqlı kəndinin elektrik şəbəkəsi yenidən qurulub

“Azərişıq” ASC Ağdamın Çıraqlı kəndində yenidənqurma işləri həyata keçirib.

ASC-dən xezerxeber.az-a verilən məlumata görə, ikinci Qarabağ müharibəsi zamanı təmas xəttinə ən yaxın kənd olduğundan bu yaşayış məntəqəsindəki evlərə və eləcə də enerji təsərrüfatına ciddi ziyan dəyib. 

Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən kəndlərdə dağılmış evlərə dəymiş zərərlərin aradan qaldırılması ilə bərabər Çıraqlı kəndində 10/0,4 kV-luq elektrik şəbəkəsinin yenidən qurmasına başlandı və hazırda işlər tamamilə yekunlaşıb.

Qeyd edək ki, 70 abonentin yaşadığı Çıraqlı kəndində yeni metal dayaqlar basdırılıb, izolyasiyalı naqillər çəkilib, yeni transformator və sayğaclar quraşdırılıb.

Xəbər lenti