Xəzər Xəbər

Qəbələdə abadlıq-quruculuq işləri davam etdirilir VİDEO

Veb TV | 22:43 • 16 May 2021
Qəbələdə abadlıq-quruculuq işləri davam etdirilir

Məlumat verdiyimiz kimi, ötən gün Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva həmçinin Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar.

Xezerxeber.az-ın məlumatına görə, Bum çayı üzərində yeni körpünün, eləcə də Bum qəsəbəsinə gedən yolun bərpadan sonra istifadəyə verilməsi sakinlərin işlərini xeyli asanlaşdıracaq. 

Dünən ölkə başçısının Nic qəsəbəsində olarkən 1 saylı orta məktəbə baş çəkməsi və yenidənqurma ilə bağlı müvafiq tapşırığın verilməsi də təhsil işçilərini, eləcə də şagirdləri sevindirib.

Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi də uzun illər təmirsiz olub. Dövlət başçısının tapşırığına əsasən kilsədə təmir işləri aparılıb. Afina memarlığına uyğun aparılan bərpa işləri zamanı daxili və xarici tərtibata heç bir xələl gətirilməyib.

Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti