Xəzər Xəbər

Goranboyda ev qarət edilib, saxlanılanlar var VİDEO

Veb TV | 20:34 • 16 May 2021
Goranboyda ev qarət edilib, saxlanılanlar var

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Boluslu kəndində oğurluq edən şəxslər saxlanılıblar.

Xezerxeber.az xəbər verir ki, aparılan araşdırmalarla Gəncə şəhər sakini Kamran Məmmədov, tanışları - əvvəllər məhkum olunan Qüdrət Cəfərov və Ruslan Məmmədovla qabaqcadan əlbir olaraq, yaxın qohumuna məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 2000 manat nağd pul və 2350 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurladıqları müəyyənləşdirilib.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.

Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisələrini etiraf edərək oğurladıqları əşyaları müxtəlif yerlərdə satdıqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti