Xəzər Xəbər

Ağdaşda şəhid ailələri və əlillərə verilən mənzillərdəki problemə rəsmi münasibət bildirilib VİDEO

Veb TV | 21:29 • 16 May 2021
Ağdaşda şəhid ailələri və əlillərə verilən mənzillərdəki problemə rəsmi münasibət bildirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi Ağdaş rayonunda şəhid atası Baxşəli Səfərova verilən  mənzilin təmirsiz olması ilə bağlı məsələyə münasibət bildirib.

Xezerxeber.az-ın məlumatına görə, qurumun mətbuat katibi Murad Həşimov deyib ki, rayonda Qarabağ qazisi və şəhid ailələri üçün tikilən fərdi evlər sahiblərinə təqdim olunarkən yaşayış üçün hazır vəziyyətdə olub.

Onun sözlərinə görə, həmin şəxslərə evlər verilərkən sakinlər mənzillərdə yaradılmış şəraitdən razılıq ifadə ediblər.

Murad Həşimov bildirib ki, sözügedən fərdi evlərdə uzun müddət yaşayış olmayıb. Mətbuat katibi mənzillərdə bəzi problemlərin baxımsızlıq ucbatından yarandığını vurğulayıb.

Murad Həşimov qeyd edib ki, mənzillərdə yaranmış problemlər aradan qaldırılacaq. Bununla bağlı podratçı şirkətə tapşırıq verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti