Xəzər Xəbər

Avtobuslarda cibgirliklə məşğul olan şəxslər tutulub VİDEO

Veb TV | 19:27 • 16 May 2021
Avtobuslarda cibgirliklə məşğul olan şəxslər tutulub

Bakıda polis ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Xezerxeber.az-ın məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda, ticarət məkanlarında cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib. Əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakinləri Dilşad Ağammədova və bacısı Fəridə saxlanılıblar. Onların ətraflarında həyata keçirilən tədbirlərlə bu şəxslərin ayrı-ayrı vaxtlarda paytaxt ərazisində fəaliyyət göstərən müxtəlif marşrut xəttləri ilə hərəkət edən avtobuslarda, həmçinin ticarət obyektlərində 10-a yaxın şəxsin cibindən pul, mobil telefonlar və digər qiymətli əşyalar oğurladıqları məlum olub.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı avtobuslarda cibgirliklə məşğul olan daha bir nəfər saxlanılıb. Əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunan Sumqayıt şəhər sakini Yaşar Məmmədli tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti