Xəzər Xəbər

Sabah məktəblər açılır VİDEO

Veb TV | 21:50 • 16 May 2021
Sabah məktəblər açılır

May ayının 17-dən əyani tədris forması qismən bərpa olunur.

Xezerxeber.az-ın məlumatına görə, Təhsil Nazirliyi kollegiyasının müvafiq qərarına əsasən, mayın 17-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa ediləcək.

Təhsil Nazirliyinin əməkdaşı Elçin Kərimov bildirib ki, Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində I-IX siniflərdə həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq.

Bununla yanaşı, Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin I-IX siniflərində həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti