Xəzər Xəbər

''Xarıbülbül'' festivalının böyük siyasi əhəmiyyəti var VİDEO

Veb TV | 22:57 • 16 May 2021
''Xarıbülbül'' festivalının böyük siyasi əhəmiyyəti var

''Şuşada keçirilmiş ''Xarıbülbül'' festivalının böyük siyasi əhəmiyyəti var''.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

O hesab edir ki, festivalı möhtəşəm keçirməklə Azərbaycan həm də dünyaya bir siyasi mesaj vermiş oldu.

Prezident İlham Əliyevin timsalında Azərbaycan növbəti dəfə öz gücünü, siyasi iradəsini nümayiş etdirdi.

Bəhruz Məhərrəmov bildirib ki, "Xarıbülbül" festivalının təşkili vaxtilə Nikol Paşinyanın sərsəm açıqlamasına qətiyyətlə cavab verən Prezident İlham Əliyevin ''Qarabağ Azərbaycandır və nida'' bəyanatının məntiqi sonluğu idi.

Millət vəkili hesab edir ki, Vətən müharibəsində Ermənistanı dəstəkləyən dövlətlər bir daha Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək gücündə olduğunun şahidi oldular.

Bəhruz Məhərrov qeyd edib ki, festivalın keçirilməsi ilə Azərbaycan necə bir tolerant ölkə olduğunu bütün dünyaya nümayiş etdirdi.

Millət vəkili hesab edir ki, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyil və bu, Azərbaycanın öz dini, milli-mənəvi köklərinə bağlılığını sübut edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti