Xəzər Xəbər

Bakı-Qəbələ dəmiryolu xəttinin istifadəyə verilməsi daxili turizmin inkişafına təkan verəcək VİDEO

Veb TV | 22:25 • 16 May 2021
Bakı-Qəbələ dəmiryolu xəttinin istifadəyə verilməsi daxili turizmin inkişafına təkan verəcək

Qəbələ, Şəki-Zaqatala, Oğuz və digər ətraf  bölgələrə  turizm məqsədi ilə gələn  həm xarici, həm də yerli turistlərin sayı artacaq. Bu imkan Ləki stansiyası-Qəbələ birxətli dəmir yolununun istifadəyə verilməsi nəticəsində yaranır.

Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən millət vəkili Vüqar Bayramov deyib ki, həmin dəmiryolunun istifadəyə verilməsi qeyd olunan rayonlarda  turizmin daha da inkişafına töhfə verəcək.

Vüqar Bayramov qeyd edib ki, Qəbələ rayonunda yerləşən hotellərdə rəsmi qeydiyyatdan keçməklə qalanların sayı son 5 ildə 31 dəfə artıb. 2015-ci ildə sözügedən rayonda 5 min 909 nəfər hotellərdə qalmışdısa, pandemiyadan əvvəlki il bu rəqəm 186 431-dək yüksəlib. Bu da birbaşa turizm sektorunda tələbin artması ilə bağlı olub.

Qeyd edək ki, Bakıdan Qəbələyə gedən dəmir yolu xəttində elektrik qatarlarından istifadə olunacaq və yolda orta sürətin saatda 100 km olması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti