Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Bakıda piyada səkisi otel tərəfindən zəbt olundu VİDEO

Veb TV | 185 | 21:40 • 12 May 2021
Bakıda piyada səkisi otel tərəfindən zəbt olundu

Paytaxtda yerləşən otellərdən birinin pilləkəni piyada səkisinin üzərində yerləşir. Sakinlər də həmin hissədə avtomobil yoluna çıxmalı olurlar və onların həyatı üçün təhlükə yaranır. Məsələyə otelin verdiyi cavab isə çox maraqlıdır.

Otelin pilləkəni piyada səkisini zəbt edib.

Görüntülər Paytaxtın Binəqədi rayonu, Məsud Davudoğlu küçəsindəndir. Küçədə yerləşən otelin pilləkəni səkinin üzərinə çıxır. Bu da ərazidə hərəkət edən sakinlər üçün təhlükə yaradır. Sakinlər həmin hissədə avtomobil yoluna çıxmalı olurlar.

Sakinlər bildirirlər ki, uşaqlar, uşaq arabası aparanlar və əlil arabasında hərəkət edənlər üçün təhlükə daha ciddidir.

Məsələ ilə bağlı otelin meneceri Nazim Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, otel 2011-ci ildə inşa edilib. İnşaat işləri normalara uyğun aparılıb və həmin vaxt orada qaydalara uyğun səki saxlanıb. Lakin bir neçə il əvvəl oradakı avtomobil yolu genişləndirilib və səki də ləğv edilib.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq. Lakin iş günü olmadığı üçün əlaqə saxlamaq mümkün olmadı.

Rubrikanın digər xəbərləri

Laçın rayonunun Əhmədli kəndi
Laçın rayonunun Əhmədli kəndi VİDEO
26 | 16:56 • 13 İyun 2021
Aleksandr Ata ilə vida mərasimi keçirilir
Aleksandr Ata ilə vida mərasimi keçirilir VİDEO
56 | 11:50 • 13 İyun 2021
Cəbrayıl rayonundan yeni görüntülər
Cəbrayıl rayonundan yeni görüntülər VİDEO
49 | 11:08 • 13 İyun 2021
Bakıda tarixi gün - Futbol həyəcanı başladı
Bakıda tarixi gün - Futbol həyəcanı başladı VİDEO
89 | 21:17 • 12 İyun 2021
Türkiyə millisi Bakıda: Evinizə xoş gəldiniz
Türkiyə millisi Bakıda: Evinizə xoş gəldiniz VİDEO
75 | 20:42 • 12 İyun 2021
Nazirlikdən yeni layihə -"Himayədar ailə"
Nazirlikdən yeni layihə -"Himayədar ailə" VİDEO
58 | 20:11 • 12 İyun 2021

Xəbər lenti

Kür çayında iki nəfər batıb
27 | 18:15 • 13 İyun 2021

Çox oxunanlar