Xəzər Xəbər

Balakəndə qabağına at çıxan avtomobil çaya aşdı - Sürücü öldü VİDEO

Veb TV | 22:25 • 12 May 2021
Balakəndə qabağına at çıxan avtomobil çaya aşdı - Sürücü öldü

Balakəndə minik avtomobili çaya düşüb, sürücü dünyasını dəyişib, daha üç nəfər xəsarət alıb. Cəlilabadda isə 8 yaşlı uşağı avtomobil vuraraq öldürüb.

At qəzaya səbəb oldu.

Hadisə  Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayon sakini,  32 yaşlı Rəvan Əhməyev idarəetdiyi  minik avtomobili ilə Zaqataladan Balakən şəhəri istiqamətində hərəkətdə olarkən  avtomobilinin qarşısına at çıxıb.  Rəvan əhməyev  idarəetməni itirərək  maşını  ərazidən axan çaya aşırıb. Qəza zamanı müxtəlf dərəcəli  bədən xəsarətləri alan sürücü  və avtomobildə olan sərnişinlər-  54 yaşlı İmran Rəcəbov, 51 yaşlı Fərman Piriyev və 31 yaşlı Mərdan Piriyev Zaqatala rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Yaralılardan ağır bədən xəsarətləri alan sürücü Rəvan Əhməyev həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Cəlilabadda isə 8 yaşlı uşağı avtomobil vurub. Ötən  gecə  şəhərin  mərkəzi  prospektində  hərəkətdə olan  avtomobil yolu keçmək istəyən rayonun Uzuntəpə ənd sakini, 2013-cü il təvəllüdlü Həsən Əlilini vurub. Sonra avtomobil yaxınlıqdakı hasara çırpılıb. Qəza nəticəsində azyaşlı uşaq hadisə yerində keçinib. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti