Xəzər Xəbər

Saatlıda oğru dəstəsi ələ keçdi VİDEO

Veb TV | 21:25 • 12 May 2021
Saatlıda oğru dəstəsi ələ keçdi

Saatlı polisi keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus xırdabuynuzlu heyvanları oğurlayan dəstə üzvlərini saxlayıb. Masallıda isə mağazadan oğurluq edən iki əmioğlu saxlanıb.

İmişlidən gəlib Saatlıda oğurluq ediblər.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əlisoltanlı kəndi ərazisində Faiq Həmzəzadəyə məxsus xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri - Elşən Quliyev, Sadiq və Kamran Xəlilov qardaşları saxlanıblar. Saxlanan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların rayonun Naharlı və Qaracalar kəndləri ərazisində də analoji oğurluq hadisələrini törətdikləri və iki kənd sakininə maddi ziyan vurduqları müəyyən edilib.

Masallıda isə mağazadan oğurluq edən iki əmioğlu saxlanıb. Masallı şəhər sakini rayon polis şöbəsinə müraciət edərək ona məxsus ərzaq mağazasından ümumilikdə dəyəri 5420 manat olan tütün məmulatlarının və həmin mağazada saxladığı qızıl zinət əşyalarının oğurlandığını bildirib. Polis  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanıblar. Onların rayon sakinləri Elvin Kərimov və  onun əmisi oğlu, əvvəllər məhkum olunmuş Bəxtiyar Kərimov olduqları müəyyən edilib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti