Xəzər Xəbər

Prezident İlham Əliyevin BBC-yə müsahibəsi tvitterdə sürətlə yayılır VİDEO

Veb TV | 21:54 • 7 May 2021
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi tvitterdə sürətlə yayılır

Prezident İlham Əliyevin BBC telekanalına müsahibəsi tvitterdə sürətlə yayılır. Hazırda videoçarx 3 milyondan çox baxış toplayıb.

Xezerxeber.az-ın xəbərinə görə, müharibə vaxtı bütün məsələləri birbaşa nəzarətində saxlayan dövlət başçısı xarici media qurumlarına çoxsaylı müsahibələr verərək həmin gərgin və iş yükünün çox olduğu bir dönəmdə Azərbaycan həqiqətlərini dünya gündəminə birbaşa özü çatdırırdı.

Dünyanın tanınmış BBC kanalına müsahibə isə bu reportajlar içərisində ən önəmli yeri tuturdu. Çünki, dövlət başçısı məhz bu kanala müsahibəsində nəinki jurnalistin təxribat xarakterli sualına cavab verir, hətta kanalın fəaliyyət göstərdiyi ölkədə insan hüquqlarının pozulmasını, media qurumlarının azad fəaliyyətinin qarşısının necə alındığını real faktlarla əsaslandırırdı. Bunun üçün dövlət başçısı hakimiyyətə sərf etməyən sənədləri açıqladığı üçün vikiliksin rəhbəri Culian Assancın məruz qaldığı təzyiqlərə də diqqət çəkmişdi.

Videoya şərhlərdə tvitter istifadəçiləri maraqlı məqamlara diqqət çəkiblər. 

Tvitterdaki paylaşımın məlumat bölməsində isə qeyd olunub ki, BBC bu hissəni yayımlamamışdı, ancaq həmin hissə möhtəşəmdir.

Dövlət başçısının tvitterdə sürətlə yayılan paylaşımı dünyanın məhşur media qurumlarında ayrıca xəbər kimi də gündəmə gəlib. Hindistanın tanınmış media qurumlarından olan opindia.com saytında yayımlanan məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin qərb mediasının qərəzli mövqeyini necə ifşa etdiyi vurğulanır.

Məqalədə qeyd olunur ki, eyni cür qərəzli yanaşmanı qərb mediası Hindistana qarşı pandemiya ilə mübarizə məsələlərində də tətbiq etmişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

                                                                                                     

Xəbər lenti