Xəzər Xəbər

İşləmək istəyənlərin nəzərinə: aylıq maaşı 10-15 min manat olan işlər var VİDEO

Veb TV | 20:37 • 7 May 2021
İşləmək istəyənlərin nəzərinə: aylıq maaşı 10-15 min manat olan işlər var

Aylıq əməkhaqqısı 15 min manata qədər olan işlər vakansiyaya çıxarılıb.

Xezerxeber.az-ın xəbərinə görə, məşğulluq alt sisteminin vakansiya bankındakı bu yüksək maaşlı işi banklardan biri təklif edir.

Yüksək maaşlı iş təkcə bu deyil. Sistemdəki bir çox işin aylıq maaşı min manat və ondan yüksəkdir. Vətəndaşların bəziləri bundan məlumatlı olsalar da, bəziləri bu təkliflərin real olmadığını düşünürlər.

Dövlət Məşğulluq Agentliyinin departament müdiri Fatimə Ələkbərovanın sözlərinə görə, hazırda məşğulluq alt sistemində işaxtaranlar üçün 12 min vakansiya yerləşdirilib. Həmin işlərin hamısı, o cümlədən əməkhaqqısı 10 min manatdan yüksək olan iş də real vakansiyadır.

Fatimə Ələkbərova onu da bildirib ki, bu sistem vasitəsilə 1 nəfər vətəndaş aylıq maaşı 4500 manat olan işlə təmin edilib.

Fatimə Ələkbərova vurğulayıb ki, bəzən işəgötürənlər tərəfindən real olmayan vakansiyalar da verilir və Dövlət Məşğulluq Agentliyi məhz belə işəgötürənlərə qarşı mübarizə aparır.

Agentlik rəsmisi onu da bildirib ki, vətəndaşlar ixtisas və peşələrinə uyğun işləri məşğulluq alt sistemindən tapa bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:     

                                                                                                  

Xəbər lenti