Xəzər Xəbər

Şəhid Gəray Soltanovun övladı dünyaya gəlib VİDEO

Veb TV | 19:55 • 7 May 2021
Şəhid Gəray Soltanovun övladı dünyaya gəlib

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Gəray Soltanovun ikinci övladı dünyaya gəlib.

Xezerxeber.az-ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan körpəyə şəhidin vəsiyyətinə uyğun Nuray adı verilib.

Həkimlər həm ana, həm də körpənin vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Vətən müharibəsində könüllü iştirak edən Beyləqan rayon, Dünyamalılar kənd sakini Gəray Soltanov Füzuli, Cəbrayıl və Hadrut istiqamətlərində gedən ağır döyüşlərdə böyük qəhrəmanlıq göstərib.

"YAŞAT" Fondu tərəfindən şəhidin övladı ziyarət olunub və onun adına 5000 manatlıq hesab açılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti