Xəzər Xəbər

Bakıda qəzalı vəziyyətdə olan binaların sayı məlum olub video

Veb TV | 20:57 • 6 May 2021
Bakıda qəzalı vəziyyətdə olan binaların sayı məlum olub

Bakıda qəzalı vəziyyətdə olan binaların sayı müəyyənləşib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi rəy verib.

Bəs belə binalarda yaşayan sakinlərin aqibəti necə olacaq?

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən binanın sakinləri də qəzalı binada yaşayırlar.

Onlar deyirlər ki, bir müddət əvvəl onlardan mənzillərin çıxarışları alınsa da, hələ də qəzalı vəziyyətdə olan binada yaşayırlar.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Coşqun Cəbrayılov bildirib ki, paytaxtda dövlət mənzil fonduna aid 11 min çoxmənzilli yaşayış binası mövcuddur. Həmin binaların əksəriyyəti ötən əsrin əvvələrində və ortalarında tikildiyindən onların istismar müddətdi bitib.

İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin köçürülməsi böyük maliyyə vəsaiti tələb etdiyindən bu proses mərhələli şəkildə həyata keçirilir.

Nərimanov rayonunda qəzalı vəziyyətdə olan binada yaşayan sakinlər də pilot layihə çərçivəsində digər yerlərə köçürüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti