Xəzər Xəbər

Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır video

Veb TV | 19:41 • 6 May 2021
Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır

Mayın 10-dan ölkə üzrə yaşı 18-dən yuxarı olan bütün vətəndaşların vaksinasiyası aparılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü birifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsinin icraçısı Teymur Musayev deyib.

O bildirib ki, səhiyyə qrupları arasında 90% vaksinasiya aparılıb. Təhsil sektorunda çalışanlar da bu rəqəmə yaxınlaşır.

O da bildirilib ki, qrip vaksini kimi koronavirus peyvəndi də hər il vurula bilər. Bununla əlaqədar ölkəmiz Avropa və ABŞ-ın vaksin istehsalçıları ilə danışıqlar aparır.

Teymur Musayev Ramazan bayram günlərində tətbiq ediləcək məhdudiyyətləri də açıqlayıb.

Brifinqdə ölkədəki epidemioloji vəziyyət də açıqlanıb. Bildirilib ki, ilk günlərdən indiyədək koronavirusa yoluxmanın yaş qruplarında vəziyyət dəyişməyib.

Hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti