Xəzər Xəbər

Azərbaycanın humanist davranışına Ermənistandan adekvat cavab yoxdur video

Veb TV | 20:54 • 5 May 2021
Azərbaycanın humanist davranışına Ermənistandan adekvat cavab yoxdur

2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra tərksilah edilən ermənilərdən üçü-Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Təhməzyan azad edilərək qarşı tərəfə təhvil verilib. Lakin Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə Ermənistan tərəfindən humanizm prinsipləri ilə cavab verilmir.

Xezerxeber.az-ın məlumatına görə, politoloq Sultan Zahidov deyib ki, birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab olunan 4000-dən artıq Azərbaycan vətəndaşı barəsində Ermənistan tərəfindən məlumat verilmir. Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Belə məzarlıqlardan biri Kəlbəcərin Başlıbel kəndində müəyyən edilib.

Sultan Zahidov qeyd edib ki, Ermənistanın humanizmdən uzaq olduğunun bariz nümunəsi minalanmış ərazilərin xəritələrini hələ də gizlətməsidir. Minalanmış ərazilərdə mülki və hərbi şəxslərin yaralanması və ölməsinə səbəb olan Ermənistan hansı əsaslarla humanizmdən danışır və hətta bu əsaslarla Azərbaycana qarşı iddialar irəli sürür?

Politoloq onu da əlavə edib ki, birinci Qarabağ müharibəsində Ermənistan tərəfdə əsirlikdə olduğu və sağlığı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də təsdiq edilmiş, müxtəlif yazışmalar aparılmış Azərbaycan vətəndaşları barəsində Ermənistan hələ də məlumat vermir. Yəqin ki, həmin şəxslər işgəncələrlə öldürülüblər. Amma Ermənistan onlar barəsində hər hansı məlumat verməkdən boyun qaçırır.

Bu hal bir daha Ermənistanın qeyri-insani, qeyri-humanist, qeyri-adekvat və destruktiv mövqenin təzahürüdür ki, beynəlxalq ictimaiyyət bunu nəzərdən keçirməli və Ermənistanı daha konstruktiv olmağa, regionda sülh və əmin amanlıq üçün hansısa addımlar atmağa sövq etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti