Xəzər Xəbər

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası hazırdır video

Veb TV | 21:10 • 5 May 2021
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası hazırdır

Azərbaycan ordusunun Vətən müharibəsində əks- hücum əməliyyatı, Şuşa şəhərinin necə alınması və digər materiallar Zəfər muzeyinin konsepsiyasında öz əksini tapacaq. Artıq Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası yerli və xarici ekspertlərin iştirakı ilə hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.

Mədəniyyət Nazirliyinin muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Nərgiz Abdullayeva ''Xəzər Xəbər''ə bildirib ki, muzeyin Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, eyni zamanda, xalqımızın qəhrəmanlıq irsi müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olması nəzərdə tutulur.

Zəfər muzeyində Vətən müharibəsində qəhrəmanlıq göstərmiş zabit və əsgərlər barəsində ziyarətçilərə məlumat veriləcək.

Bundan başqa, Zəfər muzeyinin konsepsiyasında işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri və vətəndaşların həmin ərazilərə qayıtması prosesi əks olunacaq.

Qeyd edək ki, hazırda Zəfər muzeyinin yeri ilə bağlı müzakirələr davam etdiyindən mədəniyyət ocağının yerləşəcəyi məkan dəqiq müəyyənləşdirilməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti